“Avropa Gürcüstanı” partiyasının liderlərindən biri, Mixeil Saakaşvilinin qurucusu olduğu “Vahid milli hərəkat” partiyasının sabiq üzvü Qiqi Tsereteli ATƏT Parlament Assamleyasının prezidenti olub.
Oxu.Az-ın “Qruziya online” nəşrinə istinadən xəbərinə görə, bu barədə “Avropa Gürcüstanı” partiyasının üzvü Otar Kaxidze məlumat verib.
“Bu Gürcüstanın təhlükəsizliyi, nüfuzu və beynəlxalq aləmdə ölkə qarşısında duran çağırışlar baxımından çox önəmlidir” , - O.Kaxadze bildirib.
S.B.
www.oxu.az