Gürcüstan millisi ilə Lüksemburq yığmasının qarşılaşdığı AVRO-2024-ün seçmə mərhələsinin 1/2 final mərhələsinin oyunu başa çatıb.
Oxu.Az xəbər verir ki, oyun “Boris Payçadze” (Dinamo-Arena) stadionunda (Tbilisi, Gürcüstan) baş tutub. Görüşdə meydan sahibləri 2:0 hesabı ilə qalib gəliblər.
Qarşılaşmada hesabı 41-ci dəqiqədə gürcüstanlı hücumçu Budu Zivzivadze açıb. 55-ci dəqiqədə qonaqlar görüşdə hesabı bərabərləşdirsələr də, videoda oyuna təkrar baxan baş hakim qolu ləğv edib və kobud oyuna görə qonaqların futbolçusu Maksim Şanonu meydandan qovulub. 61-ci dəqiqədə Levan Şengeliyanın ötürməsindən Budu Zivzivadze dubl edib.
Gürcüstan Yunanıstan-Qazaxıstan cütünün qalibi ilə qarşılaşacaq C yolunun finalına yüksəlib. Lüksemburq AVRO-2024-ə vəsiqə şansını itirib.
Rəylər