Aİ İrana qarşı sanksiyaların ləğv edilməsini İranın nüvə proqramı üzrə razılaşmasının implementasiyasından öncə lazımi texniki tədbirlər çərçivəsində yanvar ayının 28-nə qədər təxirə salıb, Reuters agentliyi məlumat yayıb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, İran və “altılıq” arasında əldə edilən razılaşmadan altı ay keçdikdən sonra cümə axşamı bəzi sanksiyaların ləğv edilməsi gözlənilirdi, amma Avropa diplomatları sanksiyaların yanvar ayının 28-nə qədər davam edəcəyini gözləyirlər.
Avropadakı diplomatik mənbə daha öncə RİA Novosti-yə Beynəlxalq atom enerjisi agentliyi yanvar ayının 15-də İran üzrə hesabat təqdim edə biləcəyi, bu hesabatdan sonra Vyanada iyulda qəbul edilmiş Vyana razılaşmasının implementasiyasını elan etmək üçün “altılığ”ın XİN rəhbərlərinin görüşü barədə qərarın razılaşdırılması barədə məlumat yaymışdı.