Avropa İttifaqı (Aİ) suriyalı qaçqınları sərhədlərindən buraxmayan Yunanıstanı dəstəkləyib.
Bu barədə Sondakika.com məlumat yayıb.
Bildirilir ki, Aİ Şurasının rəhbəri Şarl Mişel məsələyə münasibət bildirib.
“Avropa sərhədlərini qorumaq üçün Yunanıstanı dəstəkləyirik”, - deyə Ş.Mişel qeyd edib.
Ş.Mişel eyni zamanda deyib ki, vəziyyəti yaxından müşahidə edə bilmək üçün Yunanıstanın Baş naziri Kiryakos Miçotakis ilə çərşənbə axşamı günü Yunanıstan-Türkiyə sərhədində görüşəcək.
Qeyd edək ki, Suriya ərazisində türkiyəli hərbçilərin şəhid olmasından sonra Türkiyə Avropa sərhədlərini suriyalı qaçqınlar üçün açıb.