Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Avropa İttifaqından Nigerin yeni yaranan hakimiyyətinə bəyanat: “Tanımırıq və tanımayacağıq” - FOTO
“Avropa İttifaqı (Aİ) Nigerdə üsyan nəticəsində yaradılmış yeni hökuməti tanımır”.
Bu barədə Aİ diplomatiyasının rəhbəri Josep Borrel bəyanat verib.
“Avropa İttifaqı Nigerdə çevriliş nəticəsində formalaşmış hakimiyyəti tanımır və tanımayacaq. Konstitusiya quruluşu bərpa edilməlidir”, - deyə o bununla bağlı “Twitter” hesabında paylaşım edib.
Borrelin sözlərinə görə, Avropa İttifaqı ölkəyə maliyyə dəstəyini və onunla əməkdaşlığı dayandırır. “Nigerin respublika qurumlarının bütövlüyünə qarşı edilən bu qəbuledilməz hücum Aİ ilə Niger arasında bütün müxtəlif aspektlər üzrə tərəfdaşlıq və əməkdaşlıq məsələlərinə təsirsiz ötüşməyəcək. Bu baxımdan büdcə dəstəyinin dərhal dayandırılması ilə yanaşı bütün təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq fəaliyyətləri də dərhal qüvvəyə minməklə qeyri-müəyyən müddətə dayandırılır”, - deyə o əlavə edib.
"Avropa İttifaqı (Aİ)" teqi üzrə xəbərlər
- Yarıtmaz daxili, dişsiz xarici siyasət - Makron Fransası artıq güc mərkəzi deyil
- Ukraynaya Aİ-nin vahid bazarına üzvlük təklif edilə bilər
- "Tegeta Motors"un yeni servis mərkəzi tranzit avtomobillərinə xidmət göstərəcək
- Bəhruz Məhərrəmov: "Azərbaycanda bəzi xarici ölkələrin səfirləri özlərini ombudsman kimi aparırlar"
- Avropa yenidən silahlanır: 800 milyard avro ayrılır