"Kiyev Avropa İttifaqına (Aİ) daxil olmaq üzrə danışıqlara hazırdır".
Oxu.Az-ın "RİA Novosti"yə istinadən xəbərinə görə, bu sözləri genişlənmə məsələləri üzrə Avropa komissarı Marta Kos deyib.
"Ukrayna öz ev tapşırığını yerinə yetirdi, ona görə də danışıqların fundamental klasterinin açılmasına hazırdır", - deyə o vurğulayıb.
Kosun sözlərinə görə, Ukraynanın Aİ-yə inteqrasiyası Kiyevin təhlükəsizlik zəmanətlərinin əsas elementi olacaq.