Avropa Komissiyasının sədri Jan-Klod Yunker Yunanıstan hökumətinə 35 milyard avroluq yardım proqramı təklif edib, bu yardımın verilməsi 2020-ci ilə qədər uzadılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə o, Brüsseldə keçirilən mətbuat konfransında bəyan edib, İnterfaks bildirib.
Onun sözlərinə kimi, proqram Yunanıstanın iqtisadi inkişafının perspektivlərini yaxşılaşdırmağa istiqamətlənib.
Avro komissiya Yunanıstan büdcəsini konsolidasiya etməyə və əhalinin məşğulluğunu artırmağa çalışır.
Yunkerin sözlərinə görə, ilk milyard avro Afinaya artıq ikinci yarımillikdə ayrıla bilər.
Daha öncə Yunanıstan bankları bir ələ pul verilişini 3 min avroya qədər məhdudlaşdırdılar.
Məhdudiyyətlər istirahət günlərində bankomatlardan ümumilikdə 400 milyon avro çəkildikdən sonra tətbiq edilib, maliyyə sistemindən vəsait axınının ümumi həcmi isə 2 milyard dollardan ibarət olub.
Yunanıstan kreditorların “üçlüyü” (Avropa Bankı, Avropa Komissiyası, BVF) ilə maliyyə yardımı barədə danışıqlar aparmağa davam edir. Bu üçlük olmadan ölkə vəsait çatışmazlığı ucbatından defolt elan etmək məcburiyyətində qalacaq.
Bununla yanaşı Afina kreditorların tələb etdikləri qənaət rejimində bir sıra güzəştlərə getməyə hazırdır. Digər tərəfdən Aleksis Tsiprasın hökuməti xidmətlərin zəiflədilməsi və hətta borcun bir hissəsinin silinməsinə ümid edir.