Avropada İlin Avtomobili mükafatının münsiflər heyəti 2026-cı il üzrə bu titula namizədlərin qısa siyahısını açıqlayıb.
Oxu.Az auto.ru-ya istinadən xəbər verir ki, siyahıya artıq Avropa İttifaqında nümayiş olunan və ya tezliklə satışa çıxarılacaq yeddi yeni model daxildir.
Qalib 9 yanvarda Brüssel Avtomobil Sərgisində elan ediləcək.
Mükafatın finalçıları arasında "Citroen C5 Aircross", "Fiat Grande Panda", "Mercedes-Benz CLA", "Skoda Elroq", "Dacia Bigster", "KIA EV4" və "Renault 4" var. Onlar yalnız Avropa deyil, həm də Asiya, ABŞ və Çin brendlərindən olan modellərlə birgə 36 namizəd arasından seçilib.