18 ölkənin daxil olduğu Avro Bölgəsində işsizlik nisbəti yanvar ilə müqayisədə dəyişməyərək fevralda 11,9% təşkil edib. Avro Bölgəsində işsizlik ötən ilin sentyabr ayında 12% ilə tarixinin ən yüksək səviyyəsinə çatıb.
Oxu.Az Marja-ya istinadən xəbər verir ki, 28 üzvü olan Avropa İttifaqında (Aİ) isə yanvarda 10,7% olan işsizlik nisbəti fevral ayında 10,6%-ə geriləyib. Aİ-nin statistika təşkilatı “Eurostat”, yanvar ilə müqayisədə fevralda işsizlərin sayının Avro Bölgəsində 35 min azalaraq 18 milyon 965 minə və Aİ-də isə 65 min azalaraq 25 milyon 920 minə gerilədiyini açıqlayıb.
Fevral ayında işsizliyin ən yüksək olduğu ölkələr 27,5%-lə Yunanıstan, 25,6%-lə İspaniya, 17,6%-lə Xorvatiya, 16,7%-lə Kiprin Yunan seqmenti, 15,3%-lə Portuqaliya, 13,9%-lə Slovakya, 13,1%-lə Bolqarıstan və 13%-lə İtaliya olub. İşsizlik AB-nin böyük iqtisadiyyatlarından olan Fransada 10,4%, İngiltərədə 7,1% və Almaniyada 5,1% hesablanıb.
“Eurostat” fevralda Aİ-də gənclər arasında işsizliyin 22,9% təşkil etdiyini və bu rəqəmin Yunanıstanda 58,3%, İspaniyada 53,6%, Xorvatiyada isə 48,8% olduğunu bildirib.