Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Avropalı siyasətçi: "Tramp əleyhinə ticarət sazişləri bağlanılacaq"
Avropa Xalq Partiyasının və onun Avropa parlamentindəki fraksiyasının rəhbəri Manfred Veber bildirib ki, Donald Trampın gömrük rüsumlarının tətbiqi ilə bağlı bəyanatlarından asılı olmayaraq Avropa İttifaqı ticarət məsələlərində Vaşinqtonla qarşıdurmadan qorxmamalıdır.
Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.
Avropalı siyasətçi söyləyib ki, Birləşmiş Ştatlar prezidenti Avropa İttifaqı (Aİ) ilə istədiyi kimi rəftar edə bilməz.
"Aprelin 2-si qara gün və təbii ki, Trampın böyük səhv idi", - deyə M. Veber vurğulayıb.
M.Veber əlavə edib ki, Aİ Cənubi Amerika ölkələri ilə müqavilələr bağlamalı və Hindistanla ticarət razılaşmasına nail olmalıdır.
"Bu yeni ticarət sazişləri Tramp əleyhinə razılaşmalar olmalıdır", - deyə o əlavə edib.
"Avropa İttifaqı (Aİ)" teqi üzrə xəbərlər
- Avropa İttifaqı Türkiyə ilə daha sıx əməkdaşlıq etmək məcburiyyətindədir
- Aİ səfirləri Rusiyaya qarşı 17-ci sanksiyalar paketini təsdiqləyiblər
- Britaniya müdafiə və təhlükəsizlik sazişindən əvvəl Aİ qarşısnda yeni şərtlər irəli sürüb
- Aİ Məhkəməsi fon der Lyayeni COVID peyvəndi müqavilələrini gizlətməkdə məsul hesab etdi
- Avropa İttifaqı yalan danışmaqda ittiham edildi