Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Avropanın bir neçə ölkəsində güclü meşə yanğınları davam edir
Avropanın müxtəlif ölkələrində meşə yanğınları müşahidə olunur.
Oxu.Az "Euronews"a istinadən xəbər verir ki, Portuqaliyanın paytaxtı Lissabon yaxınlığında baş verən meşə yanğınında 11 yanğınsöndürən də daxil olmaqla ən azı 14 nəfər xəsarət alıb. Yanğının nəzarət altına alındığı bildirilir.
Şimali Makedoniyada isə artıq iki həftədir ki, meşə yanğınları davam edir.
Ən ağır vəziyyət ölkənin cənub bölgəsində müşahidə olunur. Cənub Neqotino bölgəsindəki Serta dağının təxminən 30 hektar meşə sahəsi yanıb.
Bolqarıstanda yeddi gün davam edən yanğınlarla mübarizədən sonra Türkiyə ilə sərhəddə yerləşən meşəlik ərazidə alovu nəzarət altına götürmək mümkün olub.
Yerli KİV-in məlumatına görə, yanğın 73 hektar ərazini əhatə edib.
Zərərçəkənlərə humanitar yardım çatdırılıb. Evsiz qalan insanlar müvəqqəti məskunlaşma mərkəzlərinə yerləşdiriliblər.
"Yanğın hadisəsi" teqi üzrə xəbərlər
- Xırdalanda yaşayış binasında dəhşətli PARTLAYIŞ: Yaralılar var
- Masallıda fərdi yaşayış evində PARTLAYIŞ: Xəsarət alan var
- Sumqayıtda yanğın olub: Səkkiz nəfər bina sakini təxliyə edilib
- Sumqayıtda zavodlardan birinin həyətində başlayan yanğın söndürüldü
- Sarayda yaşayış binasında baş verən yanğında xəsarət alan şəxsin son durumu AÇIQLANDI
Rəylər