Rusiyada iyundan etibarən iflasa uğrayan turizm şirkətləri ucbatından 130 min nəfər zərər görüb.
Oxu.Az Axar.az-a istinadən xəbər verir ki, Avropanın tətbiq etdiyi sanksiyalar, dolların qalxması və iqtisadi durğunluq rusların xaricdə tətil keçirməsinə əngəl olub.
Rusiya Turizm Sənayesi Birliyinin mətbuat katibi İrina Turina “İnterfaks”a verdiyi açıqlamada 16 iyun-15 sentyabr tarixlərində 14 turizm şirkətinin iflas etdiyini bildirib.
Zərər görən turistlərin 70 faizindən çoxunun ən böyük 5 şirkətin müştərisi olduğunu deyən birlik sözçüsü 2009-cu il böhranından da pis vəziyyətin yarandığını deyib.