Avropa Parlamenti Avropa İttifaqının mərkəzləşdirilməsinin gücləndirilməsinə, qrumun maliyyə naziri və bütün Avropa ordusu naziri postunun yaradılmasına dair qətnaməni təsdiqləyib.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, sənəd Belçikanın sabiq baş naziri tərəfindən və “Brexit” üzrə danışıqlara məsul Gi Verxovstad tərəfindən təklif edilib.
Qətnamənin lehinə 283 deputat, əleyhinə 269 deputat səs verib, 83 deputat bitərəf qalıb.
Məlumata görə, Avropa Parlamentinin qətnaməni təsdiq etməsi Aİ-nin əsas müqaviləsinin islahatlarının başlaması demək ola bilər.
N.O.
www.oxu.az