Rusiyanın Çelyabinsk şəhərində marşrut avtobusu dayanacağa çırpılıb. Oradakı adamların bir qismi kənara qaçmağa imkan tapsa da, bir kişi təkərlərin altında qalıb.
Bu barədə Life.ru xəbər verir.
İlkin ehtimallara görə, 1964-cü il təvəllüdlü sürücü mikroavtobusda idarəetməni itirib.
Qəza zamanı ağır xəsarət alan kişi xəstəxanaya yerləşdirildikdən sonra komaya düşüb. Həkimlər onun beyin silkələnməsi keçirdiyini deyirlər.