Sosial şəbəkələrdə avtobusun altında qalan iki qızın xilas olma anları əks olunmuş görüntülər paylaşılıb.
REN TV-nin məlumatına görə, kadrlar Rusiyanın Murmansk şəhərindəndir.
15 və 16 yaşlarında olan qızların xilas edilməsi üçün domkratın köməyi ilə avtobus qaldırılıb.
Qızlar xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti orta qiymətləndirilir.