Fransa şərqində, Luara departamentində minik avtomobili 18 velosipedçini vurub.
“Moskovski komsomolets” xəbər verir ki, minik avtomobilinin sürücüsü qarşıdan gələn zolağa çıxaraq idman klubunun velosipedçisinə çırpılıb.
Qeyd edilir ki, velosipedçilərdən 14-ü azyaşlı olub.
Onlardan biri ağır yaralanıb.
Qəza ilə əlaqədar araşdırma aparılır.