Rusiyanın xalq artisti Liya Axedcakova, rusiyalı jurnalistlərin qətlində şübhəli bilinən ukraynalı təyyarəçi Nadejda Savçenkonu dəstəkləyib.
Oxu.Az News.ru-ya istinadən xəbər verir ki, aktrisa öz mövqeyini Ukrayna telekanalı ICTV efirində bildirib.
“Nadenka, əzizim, mən sizə heyranam. Mən belə qarşıdurmaya dayana bilməzdim. Bu, çox alçaqcasınadır, alçaqcasına, alçaqcasına – onu əliqandallı sərhəddə apardılar və indi onu qanunsuz sərhəddi keçməkdə günahlandırırlar. Mənim sözüm yoxdur. Bütün dünya ayağa qalxmalı idi. Amma yox, qalxmadılar. Nadeçka, mən sizə yalnız bir şey arzulayıram - yaşayın. Zəhmət olmasa yaşayın”, - o, hal-hazırda izolyatorda olan Savçenkoya müraciət edib.
Aktrisa təyyarəçini indi çətin anlar yaşayan (iqtisadi böhran və Donbassda münaqişə) Ukrayna ilə müqayisə edib.
“Siz bizim üçün indi qarət edilmiş, kiminsə şərəfsiz planı üzrə güllələnmiş Ukraynasız. Siz sağ qalmalısız”, - Axedcakova əlavə edib.