Rusiyanın Pyatiqorsk şəhərində dekabrın 27-də baş vermiş terakta görə, 6 nəfər saxlanılıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Rusiya Antiterror Mərkəzinin açıqladığı 6 nəfərlik siyahıda azərbaycanlı da var.
Bu Azərbaycan vətəndaşı Murad Qeybulla oğlu Atayevdir.
Murad Atayevlə birgə Ramazan Vladimir oğlu Xalizov, Vladimir Nikolay oğlu Xalizov, Şamil Əbdüləziz oğlu Əbdüləzizov, Şamil Qazıməhəmməd oğlu Qazıməhəmmədov, Məhəmməd Zəlimxan oğlu İbrahimov da saxlanılıb.
Məlumata görə, saxlanılan səxslər cinayətlərini ilkin ifadələrində etiraf etməklə yanaşı, daha bir terror aktı törətməyə hazırlaşdıqlarını da bildiriblər.
Qeyd edək ki, Pyatiqorsk şəhərində törədilmiş partlayışda 3 nəfər ölüb.