Məşhur GQ (Gentlemen's Quarterly) jurnalının 18 ildən bəri dünya miqyasında keçirdiyi “GQ Men of the Year” reytinqinin Türkiyə variantının nəticələri açıqlanıb.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, AHT-nin məlumatına görə, İstanbuldakı “Four Seasons Hotel Istanbul at the Bosphorus”-da keçirilən təntənəli mərasimdə “Türkiyədə ilin kişisi 2013” mükafatının təqdimat mərasimi keçirilib.
Türkiyədə yaşayan azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun banisi və sahibi Mübariz Mənsimov “İlin iş adamı” adına layiq görülüb.