Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski ötən gün Ukraynanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan Azərbaycan əsilli Kərim Qulamovla bağlı paylaşım edib.
Vladislav Kanevski paylaşımı öz “Facebook” səhifəsində dərc edib.
“Azərbaycan əsilli Ukrayna əsgəri Kərim Qulamov Rusiya işğalçıları ilə döyüşdə həlak olub. Ukraynada Kərim M2 telekanalında aparıcı kimi tanınırdı. Kərim Rusiyanın genişmiqyaslı işğalının ilk günündən son nəfəsinə qədər qoruduğu Vətənini müdafiə etmək üçün ayağa qalxmışdı...”, - deyə səfir qeyd edib.