Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycanlı vəkil: “Yefremov oliqarx deyil”
Məşhur aktyor Mixail Yefremovun azərbaycanlı vəkili Elman Paşayev qəza nəticəsində ölən Sergey Zaxarovun ailəsinin yardımdan imtina etməsi barədə danışıb.
Bu barədə vəkil Rusiyanın “Beşinci kanal”ına açıqlama verib.
Vəkil qeyd edib ki, əgər zərərçəkmiş tərəfə etdiklərinin nəticələri barədə normal izahat verilsəydi, onlar bu cür davranmazdılar.
“Ancaq kimsə hələlik heç nə lazım olmadığını deyib, sonra daha çox pul alacağını düşünürsə, yanılır. Yefremov oliqarx deyil”, – deyə E.Paşayev bildirib.
Vəkil sözügedən vəziyyətdən zərərçəkən tərəfin ziyan görəcəyini qeyd edib.
Ən çox oxunanlar
Rəylər