Rusiyanın paytaxtı Moskva şəhərində həmyerlimizin avtomobilindən 9 milyon rubl oğurlanıb.
Oxu.Az AzVision.az-a istinadən xəbər verir ki, Rusiya paytaxtında 4 nəfər naməlum şəxs işıqforun qırmızı işığında dayanan Azərbaycan vətəndaşının avtomobilinin şüşəsini qıraraq oradan 9 milyon rubl məbləğində pul oğurlayıb.