Onu tərk edən sevgilisini axtaran amerikalı reper Silento (əsl adı Riçard Lamar Havk) əlində balta ilə qızın yerini müəyyən etməyə çalışıb.
Bu barədə TMZ agentliyi xəbər yayıb.
Reperə “Öldürücü kəsici alətdən istifadə edərək hücum etmək” maddəsi ilə cinayət işi açılıb.
Hüquq mühafizə orqanlarından verilən məlumata görə, ifaçı əlində balta ilə tanımadığı insanların evinə daxil olaraq sevgilisinin məhz orada gizləndiyini iddia etməyə başlayıb.
Los Ancelesdə yerləşən evlərdən birinə daxil olan Silento orada yaşayan sakinlərə hücum edib. Bir nəfərə xəsarət yetirən sənətçi evdə olan digər sakin tərəfindən zərərsizləşdirilib.
Qarşıdurmanın olduğu yerə gələn reperin dostu sakinləri inandırıb ki, Silento səhvən onların evinə daxil olub və polis gələnə qədər hər iki şəxs oradan uzaqlaşıb.
Hazırda Silento istintaq altındadır.
Məhkəmə onun təqsirini sübuta yetirərsə, sənətçini altı ilə qədər həbs cəzası gözləyir.