Latviya, Litva və Estoniya Baltik regionunun sülh və demokratik yolla inkişafına görə Vestfaliya Sülh Mükafatının laureatı olublar. Bu barədə qərar Almaniyanın Münhen şəhərində, Vestfaliya Sülh Mükafatının münsiflər heyəti tərəfindən qəbul edilib.
Oxu.Az-ın xəbərinə görə, Vestfaliya Sülh Mükafatının hamisi Almaniya prezidenti Frank-Valter Ştaynmayerdir.
Mükafat iki ildən bir verilir. 2016-cı ildə onun laureatı İordaniya Kralı II Abdulla olub, daha əvvəl isə bu mükafata Vatslav Havel, Kofi Annan, Helmut Kol, Valeri Jiskar d`Esten, Karla del Ponte və Helmut Şmidt layiq görülüblər.
Mükafatın təqdimetmə mərasimi iyul ayında keçiriləcək.
Kamil HƏMZƏOĞLU
www.oxu.az