Baltimor polisi qaradərili Freddi Qreyin ölümündə şübhəli bilinən 6 polisə qarşı Merilend ştatının prokurorluğunun ittihamları ilə bağlı başlamış iğtişaşlar zamanı 50-dən çox nümayişçini saxlayıb.
Oxu.Az RİA Novosti-yə istinadla xəbər verir ki, yerli polis serjantı Cerron Cekson bildirib ki, polislər ümumilikdə 53 nəfəri saxlayıb, onlardan 15-i komendant saatını pozub.
11:15
Polis Baltimorda asayiş pozuntuları ilə əlaqədar 38 nəfəri saxlayıb, Associated Press polis nümayəndəsi Cerron Ceksona istinadən xəbər verib.
Polis nümayəndəsi həmçinin bildirib ki, 15 nəfər isə komendant saatını pozduqları üçün saxlanılıblar, Oxu.Az Qazeta-ya istinadən xəbər verir.
Aksiyalara səbəb isə qaradərili Freddi Qreyin polislər tərəfindən qətlə yetirilməsi olub.
Daha öncə Baltimor hüquq-mühafizə orqanlarının əməkdaşları komendant saatının pozulmasının qarşısını alacaqlarını bəyan etmişdilər və artıq həbslərə başlayıblar.