ABŞ-ın Konnektikut ştatının hökuməti ABŞ prezidenti Barak Obama üçün təhlikəli ola biləcək adamı axtarır.
Oxu.Az İTAR-TASS-a istinadən xəbər verir ki, amerikalı prezidentin ünvanına hədə-qorxu yağdıran şübhəli şəxs gümüşü rəngli Volkswagen Jetta avtomobilində gəzir.
“Biz yerli hüquq-mühafizə orqanları ilə bu məlumatın həqiqətə uyğun olmasını yoxlayırıq”, - dövlətin birinci dərəcəli şəxslərinin təhlükəsizliyini təmin edən ABŞ Məxfi xidmətin bəyanatında deyilib.
Beşinci gün Ağ evin rəhbərinin Konnektikutda heç bir tədbiri planlaşdırılmamışdı, amma o qonşu ştat Rod-Aylendə və Nyu-Yorkda səfərdə olub – xidmətin məlumatında bildirilib.