İngiltərədə baş nazir Devid Kamerondan müsahibə alan teleaparıcının hərəkətləri dünya gündəmində marağa səbəb olub.
Oxu.Az xəbər verir ki, müsahibə zamanı teleaparıcı Suzanna Reyd “Good Morning Britain” adlı proqramda baş nazirlə maraqlı söhbət edib.
Aparıcı söhbət zamanı maraqlı hərəkətlər edib. İddia olunur ki, Suzannanın hərəkətləri naziri başdan çıxarmaq məqsədi daşıyıb.
Aparıcının Kamerona ünvanladığı 14 sualdan 11-i baş nazirin şəxsi həyatı ilə bağlı olub. Bir neçə məqamda aparıcının “italyansayağı” oturuşu nazirin diqqətini dağıdıb. Onun bu addımı “Bozun 50 çaları” filmi ilə müqayisə edilib.
E.Ə.
www.oxu.az