Almaniyanın Bamberq şəhər mərkəzi avtovağzalında (Bavariya) avtobuslardan birində şübhəli əşya aşkar olunduğundan insanlar təxliyə edilib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə “N-TV” telekanalı məlumat yayıb.
Bildirilir ki, hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Yuxarı Frankoniya regionu üzrə polis nümayəndəsinin sözlərinə görə, vağzalda təhdidlər səsləndirən və əşyaya aidiyyəti olan kişi saxlanılıb.
S.S.
www.oxu.az