Bu gün Bavariyada 53-cü Münhen təhlükəsizlik üzrə konfrans işə başlayacaq.
Oxu.Az xəbər verir ki, fevralın 19-da bazar günü işini başa çatdıracaq konfransda 30-dan çox dövlət və hökumət başçısı, eləcə də 80-dən çox müdafiə və xarici işlər naziri iştirak edəcək.
Fevralın 16-da Azərbaycan prezidenti İlham Əliyev 5-cü Münhen təhlükəsizlik üzrə konfransda iştirak etmək üçün Almaniya Federativ Respublikasına işgüzar səfərə gəlib.
N.O.
www.oxu.az