ABŞ prezidenti Co Bayden Suriyadakı ABŞ ordusunun İŞİD-in başçısı Əbu Bəkr əl-Bağdadinin ölümündən sonra ekstremist qruplaşmaya rəhbərlik edən Əbu İbrahim əl-Haşimi əl-Qureyşini məhv etdiyini bildirib.
Xarici mətbuat yazır ki, əl-Qureyşi reyd zamanı öldürülüb.
Bayden isə öz növbəsində qeyd edib ki, əməliyyatda iştirak edən bütün ABŞ hərbçiləri artıq geri qayıdıb.
Həmçinin, Ağ Evin “Twitter” səhifəsində prezident, vitse-prezident Kamala Harris və Milli Təhlükəsizlik Qrupu üzvlərinin əl-Qureyşinin öldürülməsi əməliyyatını izləyən fotosu paylaşılıb.
Qeyd edək ki, Əbu İbrahim əl-Haşimi əl-Qureyşi 2019-cu ilin oktyabrında, ekstremist qrup əvvəlki lider Əbu Bəkr əl-Bağdadinin ölümünü təsdiqlədikdən sonra İŞİD-in rəhbəri seçilib. Pentaqon xüsusi əməliyyatın əl-Bağdadinin gizləndiyi yer olan İdlib əyalətində həyata keçirildiyini bildirib. Hücum xüsusi təyinatlılar tərəfindən həyata keçirilib. Əməliyyata helikopterlər də cəlb edilib.
President Biden, Vice President Harris and members of the President’s national security team observe the counterterrorism operation responsible for removing from the battlefield Abu Ibrahim al-Hashimi al-Qurayshi — the leader of ISIS. pic.twitter.com/uhK75WeUme
— The White House (@WhiteHouse) February 3, 2022

Mənbə: interfax.ru