Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bayden Ukrayna ilə bağlı sual verən jurnalistlə sərt davrandı - VİDEO
Amerika Prezidenti Co Bayden Federal Təhqiqatlar Bürosunun Ukrayna dosyesi ilə bağlı sual verən jurnalisti tənqid edib.
“The New York Post” qəzetinin jurnalisti Stiven Nelson Baydendən soruşub ki, niyə Federal Təhqiqatlar Bürosunun Ukrayna üzrə informatorunun dosyesində onu “Böyük oğlan” adlandırırlar.
“Niyə belə axmaq sual verirsən?”, - deyə Bayden ona sərt cavab verib.
Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət və Hesabat Komitəsinin sədri Ceyms Komer bir gün əvvəl bildirib ki, Baydenin ailəsi əcnəbi şəxslərdən 30 milyon dollara qədər pul almış ola bilər. O, həmçinin bu məlumat mənbəyinin Federal Təhqiqatlar Bürosunun “ən yüksəkmaaşlı və ən etibarlı” informatoru olduğuna da diqqət çəkib.
Mənbə: “Fox News”
"Ukrayna" teqi üzrə xəbərlər
- Tramp Ukrayna münaqişəsinin həlli üçün göstəriş verdi və vaxt qoydu
- Yeddi milyon insan xaricə qaçıb - Ukrayna demoqrafik fəlakət içərisindədir
- Kiyevin mərkəzinə raket hücumu olub, azərbaycanlılara məxsus obyektlər və ev dağılıb
- Ukraynadan gətirilən ətlər niyə ucuz satılır?
- Ukrayna Britaniya ilə 100 illik tərəfdaşlıq sazişi imzaladı
Rəylər