Saxlanılan şəxsə qarşı amansız, təhqirəmiz davranış və nasist salamları... Bu fakt 2018-ci ilin fevral gecəsi Belçikanın Şarlerua şəhərindəki hava limanında baş verib.
"Euronews" xəbər verir ki, 38 yaşlı Slovakiya vətəndaşı Yozef Xovantsa qarşı edilən bu vəhşi davranışın videoyazısı onun dul qalmış həyat yoldaşı tərəfindən mətbuata çıxarılıb.
Yozef uyğun olmayan davranışına görə Bratislavaya uçuşdan çıxarılıb. Daha sonra kamerada polislər onu sakitləşdirməyə və cəzalandırmağa çalışıblar. Bu hərəkətlərin nəticəsində Xovants bir neçə gün sonra xəstəxanada ölüb.
Hazırda ölən şəxsin həyat yoldaşı ərinin ölüb səbəbini bilmək və günahkarları cəzalandırmaq niyyətindədir.
Dünya mətbuatında Xovantsı Belçikanın Corc Floydu adlandırırlar.