Övladlarının vəfasızlığı səbəbindən onları mirasından məhrum edən ata qeyri-adi başdaşı ilə onlara mesaj verib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, maraqlı hadisə İspaniyanın Avila şəhərində baş verib.
Orta barmağı irəliyə uzadılmış əldən ibarət başdaşını görmək üçün hər gün yüzlərlə insan bu məzarlığı ziyarət edir. Qəbiristanlığa gedənlərin çoxluğu səbəbindən Avila bələdiyyəsi ziyarətlərə məhdudiyyət qoyub.
Hiddətli ata “barmaq” işarəsi ilə yanaşı başdaşına mesaj da yazdırıb: “Kiminiz çiçəklər gətirərək, kiminiz də dualar edərək məni ziyarət edəcəksiniz. Amma səfəriniz burda başa çatacaq. Sizi yanıma gözləyirəm”.
Qəribə başdaşının götürülməsini istəyənlər olsa da qəbiristanlığın rəhbərliyi bunun, mərhumun vəsiyyəti olduğunu deyib.