Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Belqrad merinin əvəzləyicisi Serbiya parlamentinin son görüntülərini paylaşdı - YENİLƏNİB + FOTO/VİDEO
Belqrad şəhərinin meri vəzifəsini icra edən Aleksandar Sapiç şəhərdə baş vermiş iğtişaşlardan sonra parlament binasının ciddi zərər gördüyünü açıqlayıb.
O, sosial şəbəkələrdə parlament binasının bayır hissəsinin və daxilinin görüntülərini paylaşıb.
Aleksandar Sapiç nümayişçilərə də müraciət edib:
“Əgər siz anarxiya yolu ilə hakimiyyətə gəlməyə çalışırsınızsa, bu o deməkdir ki, siz bir dövləti məhv etməyə çalışırsınız. Hansı ki, həmin dövlət sabah sizin iddianıza görə, hüquqlarını müdafiə etməyə çalışdığınız insanları belə qoruya bilməyəcək”.
01:49
Serbiya Prezidenti Aleksandr Vuçiç paytaxt Belqrad şəhərində baş verən nümayişlər fonunda Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.
Bu barədə TV Pink məlumat yayıb.
Qeyd edək ki, polis əməkdaşları kütləvi şəkildə Belqrad administrasiyasının meydanına gələrək etirazçıları qovublar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları meydanın perimetri boyu mövqe tutaraq binaya baxış keçirib və ətrafına canlı qalxan düzüblər. Hadisə yerinə həmçinin Serbiyanın Daxili İşlər Nazirliyinin rəhbəri Bratislav Qasiç də gəlib.
00:06
“Serbiya xüsusi xidmət orqanları iğtişaşların hazırlanması barədə əvvəlcədən məlumat alıblar. Belqrad şəhər administrasiyasının binasını ələ keçirmək cəhdi inqilab deyil, Serbiya hüquq-mühafizə orqanları vəziyyətə tam nəzarət edir”.
Bunu Serbiya Prezidenti Aleksandr Vuçiç xalqa müraciəti zamanı deyib.
“Sizə demək istəyirəm ki, Serbiya vətəndaşları, səhnələr dramatik olsa da, narahat olmayın. Heç bir inqilab baş vermir. Dinc reaksiya ilə biz təsadüfi nümayişçilərin heç birini incitməməyə çalışırıq ”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, xarici kəşfiyyat xidmətləri iğtişaşların hazırlanması və Belqrad şəhər administrasiyasının binasını müxalifət tərəfdarları tərəfindən ələ keçirmək planları barədə Serbiya təhlükəsizlik qüvvələrini əvvəlcədən məlumatlandırıb:
“Biz bir neçə gündür ki, xarici faktorla, baş verənlərlə bağlı xəbərdarlıq edirik. Çoxları özlərini sadəlövh kimi göstərdilər və baş verənləri eşitmək və ya görmək istəmədilər. Tam olaraq nə hazırlandığını bildiklərini və vaxtında cavab verən və hücum edənlərin nə planlaşdırdıqlarını dəqiq bilən kəşfiyyat xidmətlərimizə məlumat verən xarici xidmətlərə təşəkkür edirik”.
Qeyd edək ki, Belqradda müxalifətçilər şəhər administrasiyasının binasına basqın ediblər.
23:48
Dekabrın 18-də axşam saatlarında Serbiyada paytaxt Belqradın mərkəzində Respublika Seçki Komissiyasının (RSK) binası yaxınlığında silsilə mitinqlərə başlayan “Serbiya zorakılığa qarşı” müxalifət blokunun tərəfdarları növbəti etiraz mitinqinə toplaşıblar.
Etirazçılar şəhərin əsas Kralya Milan küçəsini bağlayıblar. RSK-nın binası ilə Serbiya prezidentinin iqamətgahı arasında səhnə yaradılıb. Daha sonra müxalifət tərəfdarları seçki komissiyasının binasından şəhər administrasiyasının əsas girişinə doğru hərəkət ediblər.
Qeyd olunur ki, nümayişçilər binaya basqın etməyə çalışırlar. Onlar qapını sökmək üçün bayraq dirəklərindən istifadə edib, həmçinin pəncərəni sındırıblar və orada daş və pivə qutuları atmağa başlayıblar. Eyni zamanda etirazçılar müşahidə kameralarını da sındırıblar. Bundan əlavə, iğtişaşçılar məşəllərdən istifadə edirlər.
Etirazçılar özləri ilə Serbiya və Avropa İttifaqının bayraqlarını gətiriblər, hökumət əleyhinə şüarlar, respublika prezidentinə qarşı təhqiramiz sözlər səsləndirir, səsgücləndiricilərdən, fitlərdən və tütəkdən istifadə edirlər.
Mənbə: TASS
Rəylər