37-ci Santa Barbara Beynəlxalq Film Festivalının mükafatlandırma mərasimini ziyarət edən aktyor Benedikt Kamberbetç səhnədə Ukrayna bayrağı açıb.
O, kinoya böyük töhfə vermiş aktyorlara təqdim edilən “Cinema Vanguard Award” mükafatını alıb.
Xatırladaq ki, bir müddət öncə Kamberbetç Hollivudun Şöhrət Xiyabanında nominal ulduzunun açılışı zamanı pərəstişkarından Ukrayna bayrağı almışdı. Daha sonra çıxış edən aktyor Ukrayna xalqına dəstəyini ifadə etmişdi.
Mənbə: segodnya.ua