Almaniyanın baş prokuroru Peter Frank bildirib ki, saxlanılan şəxsin təqsirli olduğunu təsdiqləyən sübutların olmaması onun sərbəst buraxılmasına səbəb olub.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Daha öncə Frank saxlanılan Pakistan vətəndaşının terrora aidiyyəti olmadığı ehtimalını da bildirmişdi.
Qeyd edək ki, bazar ertəsi naməlum şəxs tərəfindən idarə olunan yük maşını bayram yarmarkasında kütləyə çırpılıb. Nəticədə azı 12 nəfər ölüb. Sürücü saxlanılıb. “Welt”in məlumatına görə, saxlanılan şəxs Pakistan vətəndaşı B.Naveddir.
N.O.
www.oxu.az