Bu gün səhər saatlarından başlayaraq Almaniyanın paytaxtına qar yağmağa başlayıb.
Berlin sakinləri mövsüm üçün nadir rast gəlinən bu təbiət hadisəsini telefonlarına çəkərək sosial şəbəkələrdə yayıblar.
Qeyd olunur ki, artıq bir neçə gün əvvəl meteoroloji xidmət şəhərdə havanın kəskin soyuyacağı barədə məlumat verib.
Lakin açıqlanan yeni hava proqnozunda növbəti həftənin birinci günüdən Berlində havanın +28 dərəcəyə qədər yüksələcəyi bildirilir.
Could the winter finally end? And spring begin? It's now snowing in #Berlin... 🙄❄️🌨️ pic.twitter.com/igKTawiA3s
— Dr Elina Mäntylä (@elinamantyla) May 7, 2021