İtaliyanın sabiq baş naziri Silvio Berluskoni məhkəmə qərarını imzalayıb, bu qərara əsasən o, cəza kimi qocalar evində icbari ictimai işlərlə məşğul olacaq.
“Mən sənəd imzalamışam”, - deyə, Berluskoni bildirib.
Oxu.Az İnterfaks-a istinadən bildirir ki, Berluskoninin ictimai işlər müddəti 10 aya yaxındır. Məhkəmənin qərarına müvafiq olaraq, o, Milan ətrafında yerləşən əlil və ahıllar üçün kilsə mərkəzində həftədə bir dəfə dörd saatdan az olmayaraq çalışmalıdı. Yeni vəzifəsinin icrasına sabiq baş nazir aprel ayının 28-dən başlaya bilər.
İctimai işləri yerinə yetirdiyi müddətdə Silvio Berluskoniyə hər həftə Romaya getməyə icazə verilsə də, İtaliyanın sərhədlərini tərk etmək qadağandır və komendant saatına riayət etməlidir.
2013-cü ilin avqust ayında İtaliyanın ali kassasiya məhkəməsi Silvio Berluskoninin “Mediaset işi” üzrə ittihamını təsdiqlədi. İlk iki məhkəmə siyasətçiyə dörd il azadlıqdan məhrum etmə qərarı vermişdi, amma amnistiya haqqında 2006-cı il qanununa nəzərən həbs müddəti bir ilə qədər azaldıldı.