İtaliyanın Ali məhkəməsi sabiq baş nazir Silvio Berluskoniyə “Rubinin işi” üzrə tam bəraət qazandırıb, Reuters xəbər verir.
Beləliklə, Ali məhkəmə instansiyası prokurorluğun 78 yaşlı siyasətçinin işi üzrə yenidən araşdırma aparılmasına dair apellyasiya şikayətini təmin etməyib. Ali məhkəmənin qərarı dəyişilmir.
Xatırladaq ki, Berluskonini azyaşlı fahişələrlə əlaqədə ittiham edirdilər. İş üzrə əsas sima mərakeşli rəqqasə “Rubi” təxəllüslü Kərimə əl-Məruq idi.
2013-cü ilin iyun ayında Milan məhkəməsi Berluskoninin 7 il azadlıqdan məhrum edilməsinə dair qərar çıxardı.
O, 2010-cu ilin fevralından mayına qədər Məruq ilə seksual əlaqəsi olmaqda günahkar bilinib, o dövrdə Məruqun 18 yaşı tamam olmamışdı.
Oxu.Az Lenta-ya istinadən xəbər verir.
Keçən ilin iyun ayında apellyasiya məhkəməsi Berluskoniyə bəraət qazandırıb, öz qərarını isə siyasətçinin rəqqasənin həqiqi yaşını bilməməsi ilə açıqlamışdı.