Şəbəkədə Gmail qeydiyyatçılarının beş milyon istifadəçi adı və şifrəsi dərc edilib.
Oxu.Az xəbər verir ki, bu barədə sentyabr ayının 10-da Cnews bildirib.
Bu bazanın yaranması barədə ilk bildirən, Tviskit ləqəbli, Bitcoin Security forumunun istifadəçisinin məlumatına görə, burda olan 60 çüt istifadəçi adı və şifrə işləkdir.
Bazada 4,93 milyon Gmail poçt qutusunun şifrəsi var. Onların arasında həm rusdilli, həm də ingilisdilli və ispandilli poçt servisi istifadəçiləri var. İstifadəçi adı və şifrələr yalnız poçtu deyil, eləcə də bütün Google servisini aça bilər.
Bu informasiya, şəbəkədə altı milyona yaxın Mail.ru və “Яндекс” poçt qutusunun şifrəsi peyda olduqdan təxminən bir sutka sonra məlum olub. Rusiya şirkətləri bəyan ediblər ki, bu, onların təhlükəsizlik sistemləri üçün tənqid deyil, akkauntların çoxu isə fəaliyyətsiz idi. Qalan poçt qutuları üçün isə giriş şifrəsi istifadəçinin kompüterindən fişinq üsulu və ya troyan proqramı vasitəsilə oğurlana bilərdi.