Qazaxıstanın hüquq-mühafizə orqanları Aktau şəhərində kütləvi sui-qəsdin səbəblərini araşdırır.
Oxu.Az xəbər verir ki, Aktauda bir evdə yaşayan kolleclərin birinin beş tələbəsi 50 parasetamol həbi qəbul edərək intihar etməyə cəhd ediblər. Qızlar xəstəxanaya çatdırılıb, mədələrinin yuyulmasından sonra onlar evə buraxılıb.
Məlum olub ki, tələbələrdən biri sevgilisi ilə mübahisə edib və intihara qərar verib. Polisin məlumatına əsasən, qonşu qızlar da həmrəylik nümayiş etdirərək həbləri qəbul ediblər.
Qızların təhsil aldığı kollecin direktoru deyib ki, qızları sui-qəsdə ailəli qızın anası təhrik edə bilərdi. Onun sözlərinə görə, faciə günü naməlum qadın tələbələrin yaşadığı mənzilə daxil olub və onları bütün aulda biabır edəcəyi ilə bağlı hədə-qorxu gəlib.
Hazırda faktla bağlı cinayət işi bağlanıb, belə ki, cinayət məqamları qeydə alınmayıb.