Suriya prezidenti, bir həftə bundan öncə seçkilərdə uğur qazanan Bəşər Əsəd ümumi əfv elan edib.
Oxu.Az xəbər verir ki, bu barədə Frans Press agentliyi Suriya televiziyasına istinadən bildirib.
Hüquq mühafizəçilərinin məlumatına görə həbsxanalarda 18 min adam var.
Suriya KİV bildiriblər ki, Əsəd üç iyun tarixində seçkilərdə 88,7 faiz səs toplayıb.