Amerika Kosmik Agentliyinin (NASA) “Artemida” layihəsinin ilk hissəsi olaraq yeni “SLS-Orion” kosmik gəmisinin Aya buraxılışı təxirə düşüb.
Raketin bu gün 13:30-da buraxılması nəzərdə tutulurdu. Lakin texniki nasazlıq səbəbindən buraxılış təxirə salınıb.
Bu barədə NASA-nın "Twitter" səhifəsində məlumat verilib.
Bildirilib ki, mühərrikdə sızma aşkarlanıb. Komandalar problemin aradan qaldırılması üzərində işləyir.
The launch of #Artemis I is no longer happening today as teams work through an issue with an engine bleed. Teams will continue to gather data, and we will keep you posted on the timing of the next launch attempt. https://t.co/tQ0lp6Ruhv pic.twitter.com/u6Uiim2mom
— NASA (@NASA) August 29, 2022
14:18
Amerika Kosmik Agentliyi (NASA) “Artemida” layihəsinin ilk hissəsi olaraq yeni Ay raketinin buraxılmasını planlaşdırır.
Bu, NASA tərəfindən indiyə qədər yaradılmış ən güclü cihazdır. Raket 50 illik fasilədən sonra insanları Ayın səthinə qaytarmağı hədəfləyir.
Yeni “SLS-Orion” kosmik gəmisi Ay ətrafında altı həftəlik sınaq uçuşu həyata keçirərək Yerə qayıdacaq.
Missiya uğurla başa çatdıqdan sonra 2024-cü ildə “Artemis 2” missiyası reallaşacaq. Bu zaman insanlarla birlikdə uçuşa cəhd ediləcək, lakin bu uçuşda astronavtlar Ay səthinə enməyəcəklər.
2025-ci ildə isə “Artemis 3” missiyası başlayacaq və insanlar yenidən Aya ayaq basacaqlar.
NASA “Artemis” proqramı ilə 1960-70-ci illərdə həyata keçirdiyi “Apollon” layihəsi ilə əldə etdiyi uğuru təkrarlamağı hədəfləyir.
Mənbə: Haber Global