ABBYY sənəd və lüğət emalı üçün proqram təminatının ən böyük tərtibatçısı, bir gün ərzində bütün Rusiya vətəndaşı olan işçilərini işdən çıxarıb.
Bu barədə Oxu.Az lenta.ru-ya istinadən məlumat verir.
Proqramçıların kütləvi ixtisarı Kipr, Macarıstan və Serbiyada olan ofislərdə baş verib.
"Görüş zamanı hamıya çatdırma yazmaq qadağan edildi, hamının video və mikrofonları söndürüldü. Hamıya işdən çıxarıldığını, poçta məktub gələcəyini dedilər", - deyə ABBYY-nin keçmiş əməkdaşı bildirib.
Keçmiş əməkdaşlardan birinin sözlərinə görə, görüş bitən kimi şirkət işdən çıxarılan rusiyalıların korporativ girişlərini bağlayıb. "RF pasportu olan hər kəsi işdən çıxardılar", - o izah edib və əlavə edib ki, əvvəlcə Kipr, sonra Serbiya, daha sonra isə Macarıstan ofisində işdən çıxarmalar elan edilib.
Şirkətin özü hələ ki, baş verənlərə rəsmi şərh verməyib.
Rəylər