ABŞ-ın keçmiş prezidenti Bill Klinton xəstəxanadan evə yazılıb.
Bu barədə onun nümayəndəsi Anhel Urenye məlumat verib.
O, özünün “Twitter” səhifəsində eks-prezidentin müalicə aldığı “UC Irvine” tibb mərkəzinin bəyanatını paylaşıb.
Bəyanatda bildirilib ki, Klintonun hərarəti və qanında leykositlərin səviyyəsi normallaşıb. O, Nyu-Yorkdakı evinə qayıdaraq antibiotiklərlə müalicəsini davam etdirəcək.
Qeyd edək ki, keçmiş dövlət başçısı infeksion xəstəlik səbəbindən xəstəxanaya yatırılımışdı.
Statement from Dr. Alpesh N. Amin, Chair, Department of Medicine and Executive Director, Hospital Medicine at UC Irvine Health, who has been overseeing the team of doctors treating President Clinton pic.twitter.com/n3mJHesjfC
— Angel Ureña (@angelurena) October 17, 2021