Türkiyədə Sisi ləqəbli Seyhan Soylu biznesmen Fəxri Yazıçı ilə ailə qurub.
Sondakika.com-un xəbərinə görə, 47 yaşlı Soylu Rizənin Çayeli rayonunda 35 yaşlı Fəxri Yazıçı ilə evlənib.
Xəbərdə bildirilir ki, o, islam qaydalarına uyğun şəkildə ailə quraraq hicab geyinib və artıq sadə həyat keçirəcəyini deyib:
“Keçmişdə yetərincə çılğınlıq etmişəm, evlilik isə məsuliyyət tələb edir. Artıq dayanmaq və sakit həyat keçirmək lazımdır. Həmişə islam qaydaları ilə evlənməyin xəyalını qurmuşam. Allah qəlbimə görə verdi. Allah qismət edərsə, ərimlə birlikdə Məkkə və Mədinəyə də ziyarətə getmək istəyirəm”, - deyə o bildirib.
Qeyd edək ki, bu, Soylunun üçüncü evliliyidir.