ABŞ hökuməti Türkiyə üçün F-16 qırıcı-bombardmançı təyyarələrinin modernləşdirilməsini, eləcə də lazımi hərbi texnikanın tədarükünü dəstəkləyir. Bunu cümə axşamı ABŞ-nin dövlət katibi Antoni Blinken bəyan edib.
“Türkiyə qabaqcıl F-16 təyyarələri və mövcud F-16-ları üçün təkmilləşdirmə paketi almalıdır. Hesab edirik ki, bu, NATO üçün vacibdir”, - dövlət katibi ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsindəki dinləmələrdə çıxış edərkən deyib.
Blinken eyni zamanda qeyd edib ki, ABŞ Türkiyə ilə Yunanıstan arasında gərginliyi azaltmağa çalışır.
Mənbə: TASS
Rəylər