Əfsanəvi bluz ifaçısı Bi Bi Kinq vəfat edib, ABC News bildirib.
Oxu.Az xəbər verir ki, bluzmenin 89 yaşı var idi. Amerikalı musiqiçi daha öncə diabet ilə əlaqəli vəziyyəti ağırlaşdığı üçün xəstəxanaya yatırılmışdı.
Musiqiçinin karyerası 1948-ci ildə başlayıb. Bu müddət ərzində o, ən məşhur bluz ifaçılarından biri kimi özünü təsdiqlədi.