Almaniyanın “BMW” şirkəti Çindən 193 min avtomobilini geri çağırır.
Oxu.Az xəbər verir ki, bu barədə Trend “Xinhua” agentliyinə istinadən məlumat verir.
Məlumata əsasən, bunun səbəbi avtomobillərin təhlükəsizlik yastıqlarında problemin olmasıdır.
Avtomobillərin geri çağırılması 2017-ci ilin avqust ayının 1-də başlayacaq.
“BMW” defektli detalları pulsuz əvəz etməyə söz verib.
N.О.