Bollivud aktrisası Arti Aqarval liposaksiya əməliyyatından bir ay sonra ürək tutmasından dünyasını dəyişib. Bu barədə Sky News bildirib.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, aktrisanın aparılan prosedurdan sonra nəfəs almada problemləri yaranıb. 31 yaşlı ulduz Atlantik-Siti tibb mərkəzində vəfat edib.
“Arti piylənmə və ağciyər xəstəliyi ilə mübarizə aparırdı. O, müalicə kursu keçib və bəzi fəsadlarla üzləşib, ürək tutması keçirdi və vəfat etdi”, - Aqarvalın meneceri qeyd edib.